Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.
Qeyd edilir ki, danışıqlar zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan xatırladıb ki, Dağlıq Qarabağın demək olar, 30 il ərzində Ermənistanın işğalının altında olması Ermənistan-Azərbaycan münaqişəsinin səbəbidir.
Türkiyə lideri vurğulayıb ki, Azərbaycan öz ərazisində, beynəlxalq miqyasda tanınmış səhədləri daxilində əks-hücum əməliyyatı keçirir.
Ərdoğan qeyd edib ki, Kanadanın Ermənistanın təczvüzkar hərəkərinə görə bu ölkənin Azərbaycanla münaqişəsi fonunda Türkiyəyə bəzi hərbi məhsul növlərinin ixracını dayandırmasl Ankara və Ottava arasında müttəfiqlik ruhuna zidddir.
Məlumata görə, Ərdoğan və Tryudo həmçinin ikitərəfli ticarətin həcminin artırılmasını və müdafiə sənayesi sahəsində əməkdaşlıqda mövcud olan problemlərin aradan qaldırması üzrə addımları müzakirə edib.