Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Prezidentin köməkçisi: “Cəbhədə vəziyyət gərgin olaraq qalır”

“Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən isə onların layiqli cavabları verilib. Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğal azad edilib. Bu barədə Ali Baş Komandan da özünün tvitter hesabından xalqımıza xoş xəbəri çatdırıb”.

 Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir”.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …