Cümə , 27 Dekabr 2024
Drone Cameras

Trampın Əfqanıstandakı əsl niyyəti ortaya çıxdı

Amerikalıları bu kasıb ölkənin gizli sərvətləri cəlb edir

 

ABŞ prezindeti Donald Tramp Əfqanıstana dair planını açıqlayıb. O, bu ölkənin terrorçuların yuvası halına gəlməyə imkan verməyəcəklərini bəyan edib.

 

“Bizim ordumuz orada qalib gəlmək üçün vuruşacaq”, ABŞ prezidenti Virciniyada Fort-Mayer hərbi bazasında çıxışı zamanı söyləyib. Bundan başqa, o, Əfqanıstanda fəaliyyət göstərən hərbi birliklərin səlahiyyətlərinin artırılacağını vurğulayıb. Tramp Əfqanıstana əlavə nə qədər qüvvə göndəriləcəyini açıqlamasa da, mətbuat bunun 4000 əsgər civarında olacağını bildirir. Hazırda Əfqanıstanda ABŞ-ın 8400 nəfərlik hərbi kontingenti fəaliyyət göstərir.

 

abs herbcileri.jpg (129 KB)

ABŞ mətbuatı Tramp administrasiyasının Əfqanıstana marağının yüksəlməsində terrorçuluğa qarşı mücadilədən başqa niyyətlərinin olduğunu yazıb.

 

“Bu ilin iyul ayında prezident Donald Tramp ABŞ-ın iri kimyəvi şirəkətlərinin birinin rəhbəri ilə görüşb. Bu görüş onun Əfqanıstanla bağlı mövqeyini kökündən dəyişib”. (Tramp əvvəllər ABŞ-ın Əfqanıstanda hərbi kontingent saxlamasına qarşı çıxış edirdi-red.). Trampa həmin görüşdə Əfqanıstanın təbii sərvətlərinin olduqca fayda və gəlirli olacağı söylənilib”, – ABŞ-ın “Foreign Policy” jurnalı yazır.

 

afghanistan mining ile ilgili görsel sonucu

 

Jurnalın yazdığına görə, həmin şəxs “American Element” şirkətinin rəhbəri Maykl Silver olub. Bu firma metal və kimyəvi maddələrin yüksək texnologiyalarla istehsalı üzrə ixtisaslaşıb. Trampa Əfqanıstan torpaqlarının altında dəyəri 1 trilyon dollara qədər ölçülən faydalı qazıntıların olduğu xəbər verilib. Bunlar mis, dəmir, nadir əlvan metallardan ibarətdir.

 

“Daha öncələr, 16 ildir davam edən, 2400 ABŞ əsgərinin ölümünə yol açan və büdcədən 1 trilyon dolları aparan Əfqan kampaniyasına neqativ münasibət bəsləyən Tramp indi verilən maddi itkilərin əvəzini çıxmaq istəyir”, – məqalədə qeyd olunub.

 

afgan.jpg (382 KB)

 

Jurnal Əfqanıstana dövlətlə bərabər özəl hərbi şirkətlərin də marağının artdığını qeyd edib.

 

“Tramp üçün Əfqanıstan heç bir təminatı olmayan bərbad ticarət müqaviləsindən başqa bir şey deyil. Lakin artıq aletrnativ variantlar meydana gəlib”, – məqalədə göstərilir.

 

Bu ilin may ayında ABŞ-ın ən böyük özəl hərbi şirkətinin rəhbəri Erik Prins “The Wall Street Journal”da başçılıq etdiyi əsgərlərin Əfqanıstanda “qayda-qanun yaratmağa” hazır olduğunu bəyan etmişdi. Erik Prinsin təklifi bir vaxtlar, daha doğrusu 18-ci əsrdə Hindistanı işğal edən “Vest-Hind” şirkətinin fəaliyyətini xatrıladır.

 

tramp erik prins ile ilgili görsel sonucu

Erik Prins

 

Prinsin planı 5500 muzdlu əsgərin Əfqanıstan ordusu ilə birlikdə hərəkət etməsini nəzərdə tutur. Görünür, əfqan torpağının sərvətləri özəl şirkətlərin də həris baxışlarını üzərinə cəmləyib. Artıq iri şirkərtlər bütöv ölkələrin özlərinin birbaşa nəzarətində olmasını istəyir. Prins bu məsələdə də tək deyil və arxasında bu işə milyardlarla pul qoymaq istəyən güclər var. Lakin bu plan ABŞ-ın indiki hərbi doktrinasına ziddir. ABŞ Əl-Qaidə, İŞİD kimi terror təşkilatlarla ilə yalnız əks-terrorçu qüvvələrlə savaşmaq istəmir.

 

Lakin administrasiyadan gələn xəbərlər Trampıın Erik Prinsin planında daha çox maraqlı olduğunu göstərir. Bu planla ABŞ ordusunun bölgədəki sayını xeyli azatlmaq, həmçinin xərcləri 3-4 dəfə qısaltmaq mümkündür. Hər halda, hər şeyə cümə günü Kemp-Deviddə keçiriləcək iclasda aydınlıq gətiriləcək.

 

article-1286464-0A075F37000005DC-538_634x442.jpg (69 KB)

Hansı hərbi təklifin üstünlük təşkil edəcəyindən asılı olmayaraq Donald Tramp üçün əsas prioritet yenə də Əfqanıstanın təbii sərvətləri olacaq.
ABŞ mətbuatının yazdığına görə, ticarət naziri Uilbur Ross hazırda Əfqanıstandakı sərvətlərin ümumi qiymətləndirilməsi, dövlət katibi Reks Tillerson isə ölkənin uzunmüddətli investisiyalar üçün kifayət qədər sabit olub-olmamasını araşdırmaqla məşğuldur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir