Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Türk əsgəri sizi dovşan kimi ovlayır” – Deşifrlə olunmuş danışıqlarda PKK liderinin çarəsizliyi üzə çıxdı

Türkiyə ordusu Hakkari, Mardin, Şırnak vilayətlərində yerləşən PKK düşərgələrinə qarşı təşkil etdiyi hücumlarda xeyli sayda terrorçunun zərəsizləşdirib.

Boyukmillet.com Avropa.info istinadən xəbər verir ki, kəşfiyyat hesabatına görə, terror təşkilatı son 3 ildə effektivliyini 80% nisbətində itirib. 3-21 avqust tarixlərində keçirilən əməliyyatlarda 98 terrorçu öldürülüb. Bunkerlərin məhv edilməsi ilə ərzaq və sursat qıtlığı çəkən terrorçuların çarəsizliyi ratsiya danışıqlarında üzə çıxıb.

Təhlükəsizlik qüvvələrinin deşifrlə etdiyi danışıqlarda kod adı “Camal” olan Murad Karayılanın terror aktı törədə bilməyən PKK üzvlərini bacarıqsızlıq və taktika qura bilməməzlikdə ittiham etməsi ortaya çıxıb.

Murad Karayılanın Türkiyəyə sərhədləri daxilində fəaliyyət göstərən terrorçularla söhbəti:

“Gün olmur ki, bir qrup yoldaş əsgərin tələsinə düşməsin. “Hamısı məhv edilib” hesabatı gəlir. Türkiyə əsgəri artıq köhnə əsgər deyil. Onlar taktikanı dəyişdirdi. Keçmişdə biz onların üzərinə gedirdik. İndi onlar sizi axtarıb tapır. Özünüzü gizlədə bilmirsiniz. Əsgər sizi dovşan kimi ovlayır.

Sursat anbarlarımız məhv oldu. Ərzaq ehtiyatlarımız məhv oldu. Rojavadan başqa gələn yoxdur. Siz nə edirsiniz? Yeni qoşulanların çoxu ya öldü, ya qaçdı. Ölülərin hesabını verməz hala gəldik. Avropa bir tərəfdən, ailələr başqa tərəfdən. Kimi hara basdırdığımız belə bilmirik. Əsgər sizi dinləyir, gözləyir, dovşan kimi ovlayır”.

Türkiyə kəşfiyyatı son illərdən böyük zərbə alan PKK liderlərinin vəziyyətinin xüsusilə ağır olması qeyd olunur. Türkiyə və Avropadan yeni üzvlər cəlb edə bilməyən PKK öz daxilində hesablaşmalara başlayıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir