Boyukmillet.com xəbər verir ki, noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.
Dinc sakinləri hədəfə alan düşmən rayonun Hüsənli və Qazyan kəndlərinə ümumilikdə 45-ə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.