Bazar , 22 Dekabr 2024
Drone Cameras

İstanbulda Azərbaycan mətbəxinin nümunələri təqdim olunub

Ölkəmizin Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən İstanbulda Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə azərbaycanlı aşpazların hazırladığı Azərbaycanın milli mətbəxinin ləziz təamları təqdim olunub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli yeməklər sırasına şah plov, dolma, balıq, fisincan və çığırtma daxil edilib.

Tədbirdə, həmçinin qonaqlara milli mətbəximizə aid kitablar da təqdim olunub.

Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak ölkəmizi sadəcə neft və qaz ehtiyatları ilə deyil, eyni zamanda tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də tanıtmaq istəyində olduğunu bildirib. O, nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirildiyini deyib və bu tədbirin də təşkilində məqsədin ölkəmizin milli yeməklərinin qardaş ölkədə geniş yayılması və tanıdılması olduğunu qeyd edib.

Tanıtım mərasimi Türkiyə mətbuatında geniş işıqlandırılıb və böyük maraqla qarşılanıb.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir