Şənbə , 28 Noyabr 2026
Drone Cameras

Nyu-Yorkda Manhetten körpüsündə Putinin böyük portreti asılıb

Nyu-Yorkda Rusiya prezidenti Vladimir Putinin böyük portreti peyda olub.

APA-nın REN TV-yə istinadən verdiyi məlumata görə, üzərində “Sülhməramlı” sözü yazılmış portret səhər saatlarında Manhetten körpüsündə görüntülənib.

Şahidlərin sözlərinə görə, iki nəfər körpüdə müəyyən iş gördükdən sonra 10×5 həcmli portret İst-River üzərində dalğalanmağa başlayıb.

Bir müddət sonra polis əməkdaşları portreti oradan götürüblər. Lakin hələlik portretin müəlliflərinin kimliyi müəyyənləşdirilməyib.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir