Qafandakı “Sünik” aeroportunda aparılan təmir işləri başa çatıb. Artıq aeroport tələb olunan lisenziyanı da alıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat yayıb. Aeroport L-410 tipli, 19 nəfərə qədər tutumu olan təyyarələri qəbul edə biləcək.
Xatırladaq ki, son günlər Qafan aeroportu ilə bağlı müxtəlif məlumatlar yayılır. Ermənistanda sosial şəbəkə və mətbuat aeroportun Azərbaycanın istifadəsinə verildiyinə dair məlumatlar yayıb.
Buna səbəb kimi isə sərhədlərin demarkasiyası göstərilib. Hökimət bu məlumtları təkzib edib. Qafan İrəvandan 5-6 saatlıq məsafədə yerləşir. Sovet dönəmində burada aeroport və dəmr yolu tikilib. 90-cı illərin əvvəlində fəaliyyətini dayandran aeroport 2017-ci ildə əsaslı təmirə bağlanıb.