Erməni təcavüzünə qarşı böyük mücadilə vermiş Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Kərbəlayi İsmayıl Çimənin məzarına Qarabağdan aparılan torpaq tökülüb.
Qeyd edək ki, Türkiyənin Iğdır şəhərinin Daşburun qəsəbəsində Kərbəlayi İsmayıl Çimənin məzarını Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev , İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli və ASİMDƏR başqanı Göksəl Gülbəy ziyarət ediblər.
Onlar İsmayıl Çimənin məzarına azad olunmuş torpaqlardan (Şuşadan, Laçından) gətirdikləri torpağı tökərək, ruhuna dualar oxuyublar.
Boyukmillet.com xəbər verir ki, BDM nümayəndə heyəti Türkiyənin İğdır şəhərində bir sıra görüşlər keçirməyə başlayıb. İlk olaraq Kərbəlayı İsmayıl Çimənin məzarı ziyarət olunub.
Tədbirlər Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstək Şurasının dəstəyi ilə keçirilməkdədir.