Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“50 qəpik” restoranı yanır

Bakının Nərimanov rayonunda yerləşən restoranda yanğın başlayıb.

Boyukmillet.com-un xəbərinə görə, hadisə “50 qəpik” restoranında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …