Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bakıda mağazadan 10 min ABŞ dolları oğurlandı

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki mağazaların birindən 10 000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasov və Şamaxı rayon sakini M.Mahmudov saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Mahmudovdan metamfetamin aşkar edilərək götürülüb.

Check Also

Deputata xəbərdarlıq edildi

VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının növbəti iclası keçirilib: Rafael Hüseynova xəbərdarlıq edilib. Boyukmillet.com xəbər verir ki, …