Cümə , 27 Dekabr 2024
Drone Cameras

Kiyevdə 700 nəfər parlament binası qarşısında etiraz edir

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında təqribən 700 nəfərin iştirak etdiyi aksiya keçirilir.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, etiraz aksiyası Qruşevski küçəsində davam edir. Bu küçədə etirazçılar çadırlar qurublar. Etirazçıların düşərgəsində vəziyyət sakitdir.

Qeyd edək ki, bu gün Ukrayna parlamenti etirazçıların tələblərinin yerinə yetirilməsi ilə bağlı bir sıra qanun layihələrini nəzərdən keçirə bilər. Onlar deputatlardan Antikorrupsiyaya Məhkəməsinin yaradılmasını, parlament toxunulmazlığının ləğv edilməsini və seçki qanunvericiliyində islahatların aparılmasını tələb edirlər.

Ukrayna Prezidenti Petro Poroşenko dünən Ali Rada yaxınlığında keçirilən mitinqin təşkilatçıları olan deputatlarla görüşməyi rədd edib.

Hüquq-mühafizə orqanları əməkdaşları etiraz aksiyaları zamanı baş verən toqquşma zamanı 11 nəfəri saxlayıblar.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir