Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri – Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar.
DTX-nin mətbuat xidmətindən Boyukmillet.com-a verilən məlumata görə, keçirilmiş baxışlar nəticəsində onlardan 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirili