Şənbə , 28 Mart 2026
Drone Cameras

Rusiyanın sabiq naziri dəm qazından boğularaq ölüb

Rusiyanın sabiq kənd təsərrüfatı naziri Aleksandr Nazarçuk vəfat edib.

Boyukmillet.com  “Interfax”a istinadən xəbər verir ki, bunu Altay diyarının hökuməti açıqlayıb.

Bildirilib ki, A.Nazarçuk Altaydakı öz evində 81 yaşında dünyasını dəyişib.

Keçmiş hökumət üzvünün dəm qazından boğularaq öldüyü ehtimal olunur.

“Ölümün səbəbi hələlik bəlli deyil. Bu, araşdırmalardan sonra məlum olacaq. Belə yaşda ölümə səbəb çox şey ola bilər”, – yerli İstintaq İdarəsinin nümayəndəsi söyləyib.

Qeyd edək ki, Aleksandr Nazarçuk 1994-cü ildən 1996-cı ilədək Rusiyanın ikinci kənd təsərrüfatı naziri olub.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …