Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” adlı antiterror əməliyyatları zamanı yaralanan kapitan Ertuğ Güler şəhid olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumatı yayıb.
O, fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən gün eyni bölgədə baş verən döyüşlərdə Türkiyənin 2 hərbçisi şəhid olmuşdu.