Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Avstriya səfiri Eva Maria Ziegleri qəbul edib.
Boyukmillet.com xəbər verir ki, Prezident Tatar Kipr Türk tərəfinin 5 + BMT-nin qeyri-rəsmi görüşləri üçün xoşməramlı və səmimiyyətlə hazırlandığını bildirib.
Ersin Tatar bu anlayışla irəli sürdükləri yeni fikirlərə uyğun olaraq, Kipr Türk tərəfinin vizyonunu Kiprdə ədalətli, realist və davamlı bir barışığa çatmağın yolu hər iki tərəfin suverenliyinə və bərabər statusları əsasında əməkdaşlıq əlaqələrindən keçdiklərini qeyd edib.
Prezident Adminstrasiyasının yaydığı açıqlamaya görə, Avstriya səfiri Ziegler Kipr haqqında fikir mübadiləsi aparmaqdan məmnun olduğunu bildirib və Ersin Tatara təşəkkür edib.