Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Yevlax Gənclər Evində Novruz bayramı tədbiri keçirildi

Boyukmillet.com xəbər verir ki, Yevlax Gənclər Evinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilmişdir.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Yevlax Gənclər Evinin direktoru Elgün Əzizov və İSBAM-ın (İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi) sədri Samir Adıgözəlli Vətən müharibəsi iştirakçılarını və qazilərimizi təbrik edib Allahdan şəhidlərimizə rəhmət diləmişlər. Bizə bu şanlı qələbəni yaşadan qazilərimizlə onların döyüş meydanında göstərdiyi qəhramanlıqlardan söhbət aparılmışdır. Daha sonra Novruz bayramının simvolu olan tonqal qazilərimiz tərəfindən alovlandırılmışdır. Vətən müharibəsi iştirakçıları və qazilərimiz tonqal ətrafında yallı gedərək birlik və bərabərlik nümayiş etdirmişlər.

Check Also

Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edildi

Şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin …