Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyədə karantin rejimi sərtləşdirildi

Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonrakı açıqlamasında məlumat verib.

Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir.

Xəritədə qırmızı ilə işarələnən 58 şəhərdə isə şənbə və bazar günləri küçəyə çıxmaq qadağası qoyulub.

Prezident Ərdoğan Ramazan ayı boyunca qadağaların qüvvədə qalacağını bildirib. 

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …