Tanınmış YAP-çı, 1992-ci ilin aprelində keçirilmiş məşhur “Yaş senzi” ilə bağlı mitinqin təşkilatçılarından biri, YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olmuş Aydın Heydərov vəfat edib.
Boyukmillet.com xəbər verir ki, bununla bağlı deputat Fazil Mustafa məlumat yayıb.
O qeyd edib ki, mərhum 1 aya yaxındır ki, koronavirusla mübarizə aparırmış.
Qeyd edək ki, 1948-ci il təvəllüdlü A. Heydərov Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri idi. O, 1992-ci ildə “İnturavto” Bakı Avtomobinatının direktoru, 1997-ci ildən isə eyniadlı Açıq Səhmdar Cəmiyyətin sədri olub.