Azərbaycanda bu gün koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib. Aktiv xəstə sayı 4478 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 513 min 989 test aparılıb. Bugünkü test sayı isə 4815-dir.