Şənbə , 18 May 2024
Drone Cameras

“Lider TV”nin fəaliyyəti dayandırıldı

Bu gündən “Lider TV”nin fəaliyyəti dayandırılıb.

Boyukmillet.com  xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.

Qərara əsasən, şura “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Beləliklə, qərarla “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Check Also

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM …