Çərşənbə axşamı , 11 Mart 2025
Drone Cameras

Azərbaycan Böyük İpək Yolunun daha bir hissəsində yenidənqurma işlərinə başlayır

Yaxın gələcəkdə Bakıdan Azərbaycan-Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin yenidən qurulmasına başlanılması planlaşdırılır. “Report” xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “Respublika” qəzetinə müsahibəsində bildirib. 

Bununla da, layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin I texniki dərəcəyə kimi təkmilləşdirilməsi işləri yekunlaşdırılıb.

Qeyd edək ki, hazırda “Azəravtoyol” ASC-nin balansında ümumi istifadədə olan 17 542 km uzunluğunda avtomobil yolları var. Bunun 4 385 km-i respublika, 13 157 km-i isə yerli əhəmiyyətli yollardır. Bu yollardan 2 670 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balasında 1 299 ədəd körpü var, 160 körpü isə işğal olunmuş yerlərdədir. 

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir