Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli “Mercedes” markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. Mikroavtobus “Toyota” markalı digər avtomobillə toqquşub.

Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.

Check Also

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir