Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək

“Möhtərəm cənab Prezidentin tapşırığı ilə üç qardaş ölkənin birgə təlimləri keçirilməlidir. Bununla bağlı artıq qərar qəbul olunub”.

Boyukmillet.com xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real” TV-yə müsahibəsində deyib.

“Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlıqlarımızı görürük. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır və təlimin keçiriləcəyi ərazini yoxlayırlar. Bizim hazırlığımızı da yüksək qiymətləndirirlər”, – nazir əlavə edib.

Check Also

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula …