Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə 4 ədəd texniki xidmət maşını təqdim edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Texnikanın tədarükü haqqında müqavilə ötən ilin oktyabrında imzalanıb. Maşınların ümumi dəyəri 866 400 ABŞ dolları təşkil edir.
Nəqliyyat vasitələrinin rəsmi təhvil vermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və Türkiyə səfiri Fatma Ceren Yazqan iştirak ediblər.