“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm nəqliyyat sektoruna aid, həm də yaşayış məntəqələrinə aid ərazilərdə minatəmizləmə əməliyyatları aparılır”.
Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmisi İdris İsmayılov bildirib.
“Bu günə qədər agentlik 3500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib, 20 mindən yuxarı partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirilib”, – o deyib.