“Can Azərbaycanın Prezidenti dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter səhifəsində yazıb.
O, meşə yanğınlarının söndürülməsində etdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Meşə yanğınlarının söndürülməsində apardığımız mübarizədə dəstək verən, başsağlığı diləyən, yardıma hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətimin adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi qısa müddətə dəf edəcəyik. Xüsusilə ilk andan dəstəklərini əsirgəməyən Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiyanın dövlət başçısı Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəmin adından təşəkkür edirəm. Qonşumuz İranın Prezidenti Həsən Ruhani, Qətər Əmiri Şeyx Təmim, Xorvatiya Prezidenti Zoran Milanoviç və Ukrayna Prezidenti Volodimir Zelenskiyə göstərdikləri həmrəyliyə görə təşəkkürlərimi bildirirəm”, – Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində yazıb.
Qeyd edək ki, iyulun 28-dən Türkiyənin Egey və Aralıq dənizi bölgələrində meşə yanğınları davam edir.
Orman yangınlarıyla mücadelemizde desteğini, geçmiş olsun dileklerini, taziyelerini ileten, yardıma hazır olduklarını bildiren, yardım gönderen tüm dost ülke ve organizasyonlara milletim adına teşekkür ediyorum.
İnşallah bu zorlu süreci en kısa sürede atlatacağız. pic.twitter.com/QccU2Ke0TK— Recep Tayyip Erdoğan (@RTErdogan) August 3, 2021