Cümə axşamı , 14 Noyabr 2024
Drone Cameras

“Neftçi” və “Qarabağ”ın potensial rəqiblərinin adı böyük ölçüdə müəyyənləşib

Azərbaycan komandalarının UEFA Konfrans Liqasındakı potensial rəqibləri III təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.

Boyukmillet.com-un məlumatına görə, İsraildə “Makkabi” (Hayfa) ilə Farer adalarının “Torshavn” komandası üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 7:2. Bu görüşün qalibi “pley-off” mərhələsində “Neftçi” ilə üz-üzə gələ bilər. Bu, flaqmanın Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK komandasını üstələməyəcəyi təqdirdə gerçəkləşəcək.

İslandiyada isə “Breydablik” Şotlandiya “Aberdin”ini qəbul edib. Bu qarşılaşmada isə qonaqlar qalib gəliblər – 3:2. Cütün qalibi növbəti mərhələdə “Qarabağ”la qarşılaşa bilər. Bundan ötrü Ağdam komandası Kipr AEL-ini üstələməyi bacarmalıdır.

Qeyd edək ki, “Neftçi” Bakıda HİK-lə 2:2 hesablı heç-heçə edib. Cavab görüşü iyulun 12-də Helsinkidə olacaq. Həmin gün “Qarabağ” paytaxtda Kipr AEL-ini qəbul edəcək. Səfər matçında Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv heç-heçəyə nail olub – 1:1.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …