Bazar ertəsi , 17 İyun 2024
Drone Cameras

HİK-in futbolçusu: “Neftçi”ni qiymətləndirməmək olmaz”

“Neftçi”nin heyətində həqiqətən yaxşı futbolçular var. Hücumda çox effektivdirlər. Onlara meydanda boşa sahə versək, asanlıqla qol vura bilərlər. Rəqibi qiymətləndirməmək olmaz”.

Boyukmillet.com-un məlumatına görə, bunu Finlandiyanın HİK (Helsinki) klubunun futbolçusu Miro Tenho evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

26 yaşlı müdafiəçi vacib görüş öncəsi komandada yaxşı atmosfer olduğunu bildirib: “Bunu məşqlərdə də görmək olar. Komanda özünə inanır. Hamı öz işi ilə məşğuldur. Futbolçular sabahkı oyuna və yaxşı nəticəyə köklənib”.

Bakıda “Neftçi” ilə 2:2 hesablı heç-heçə etdikləri ilk matça da toxunan finlandiyalı oyunçu rəqibdan daha yaxşı təsir bağışladıqlarını söyləyib: “Düşünürəm ki, oyun ərzində üstünlük bizim tərəfimizdə idi. Öz gücümüz sayəsində rəqib müdafiəçilərinə çətinlik yarada bildik”.

Tenho sonda azarkeşlərdən dəstək istəyib: “Onların dəstəyi komandaya müsbət təsir etməklə yanaşı, qonaqları əsəbləşdirəcək. Ümid edirik ki, stadionda mümkün qədər çox insan olacaq və biz birlikdə gələcəkdə də xatırlanacaq nəticə qazanacağıq”.

Qeyd edək ki, avqustun 12-də oynanılacaq HİK – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Check Also

Postsovet məkanının ən bahalı futbolçularının siyahısı açıqlanıb

Məşhur “Transfermarkt” portalı postsovet məkanının ən bahalı futbolçularının siyahısını müəyyənləşdirib. Boyukmillet.com xəbər verir ki, ilk pillədə …