Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qarabağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində qardaşlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Bıçaqlanan 1984-cü il təvəllüdlü Amonov Yaqub Ozan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır/Report.

Check Also

İllər əvvəl Bakıda “banda” yaradıb, DƏHŞƏT SAÇAN Xəyala hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə cinayətkar birlik təşkil edərək …