Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Putin Əfqanıstanla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Toplantıda Rusiya Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, katibi Nikolay Patruşev və digər vəzifəli şəxslər iştirak edib.

“Biz Əfqanıstandakı hadisələrlə bağlı vəziyyəti müzakirə edirik. Həmçinin tərəfdaşlarımızla konsultasiyaya davam edirik və informasiya mübadiləsini təmin edirik”, – Putin qeyd edib.

Onun sözlərinə görə, diplomatik, hərbi və humanitar istiqamətlərdə məsələlər müzakirə ediləcək.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …