Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Boyukmillet com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Məlumata görə, iki ölkənin liderləri Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.
Qeyd edilir ki, Rusiya rəhbəri ilə Ermənistanın hökumət başçısı Qarabağ məsələsinin nizamlanması ilə bağlı 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsini və Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər.