Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Ərdoğanla Rahmon ikitərəfli və regional məsələləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistan Prezidenti İmoməli Rahmonla telefon danışığı aparıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Əlaqələr üzrə İdarə bildirib.

Məlumata görə, Ərdoğan və Rahmon Türkiyə-Tacikistan münasibətlərini və regional prosesləri, xüsusi halda Əfqanıstanda vəziyyəti müzakirə ediblər.

Ərdoğan Rahmonu Tacikistanı müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, bildirib ki, Türkiyə Mərkəzi Asiya respublikasının müstəqilliyini tanımış ilk dövlət kimi bu ölkəni dəstəkləməyə davam edəcək.

Check Also

KİV: Türkiyə NATO-nu gücləndirir, Aİ-yə üzv olmalıdır

Türkiyə NATO və Avropa İttifaqını (Aİ) daha da gücləndirir. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …