“Azərxalça” ASC sentyabrın 14-16-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Heimtextil” – beynəlxalq tekstil sərgisində iştirak edəcək.
Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, sərgidə klassik Azərbaycan xalçaları ilə yanaşı, müasir dizaynda toxunmuş əl xalçaları da nümayiş olunacaq: “Xalçalarımız “Made in Azerbaijan” brendi ilə təqdim ediləcək. Bunların arasında Qarabağ xalçaları da olacaq. Onlara təlabat çoxdu”.