“Bu gün Qafqaz İslam Ordusu və Azərbaycan komandanlığı Bakı şəhərini bolşevik-daşnak işğalından azad edib. 100 il bundan əvvəl də millətimizin ağır günündə qardaş türklər bizim köməyimizə gəlib”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakısız Azərbaycanın müstəqilliyini təsəvvür etmək çətin idi: “Belə bir gündə xalqımız ayağa qalxdı və qardaş türklər Azərbaycana yardım etdi. Biz Nuru və Ənvər Paşanı minnətdarlıqla xatırlamalıyıq”.
“Bu gün də aydın görünür ki, çətin gündə Azərbaycan və Türkiyə bir yerdədirlər. 44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin hər cür dəstəyini gördük. Dünyanın belə çətin zamanında Azərbaycan tək deyil. Azərbaycan artıq şərt qəbul edən deyil, diktə edən dövlətdir. Çox xoşbəxt haldır ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var”, – E.Musayev vurğulayıb.