“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İnşaat” MMC-nin sədri dəyişib.
Boyukmillet.com xəbər verir ki, bu vəzifə Nizaməddin Hüseynova həvalə edilib.
Bu vəzifəni əvvəl Fərhad Kərimov icra edib.
N.Hüseynov əvvəldə “Azərbaycan Sənaye Korporasiyası”ında çalışıb.
Xatırladaq ki, “ASK İnşaat” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tikinti və tikinti məhsullarının istehsalı şöbəsinin funksiyasına uyğun olaraq aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata keçirir. “ASK İnşaat” MMC-nin nizamnamə kapitalı 6 min 100 manat təşkil edir.