Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması (1), yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması (2), eləcə də, yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Boyukmillet.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Mühəndislik Tikinti Təchizat” MMC, “Simplex” QSC və “Element YT” MMC-dir.

Qalib şirkətlərə 4 894,0 min manat, 6 483,8 min manat və 13 099,7 min manat, ümumilikdə isə 24 477,5 min manat ödəniləcək.

Check Also

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin …