Cümə , 27 Fevral 2026
Drone Cameras

Qurban Qurbanov məşhur məşqçiləri qabaqladı

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Goal.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla reytinq cədvəlində 461-ci sırada qərarlaşıb.

“Neftçi”nin çalışdırıcısı Roberto Bordin isə Qurbanovu qabaqlayıb. Bordin 1116 xalla 447-cı sırada yer alıb.

Qurbanov və Bordin PSJ-nin çalışdırıcı Tomas Tuxel, “Napoli”nin baş məşqçisi Karlo Ançelotti kimi mütəxəssisləri reytinq sıralamasında qabaqlayıb. Tuxel 477-ci, Ançelotti isə 481-ci pillədə yer alıb.

Reytinq cədvəlində “Barselona”nın baş məşqçisi Ernesto Valverde liderlik edir. Valverde 14 min 925 xalla 1-ci pillədə qərarlaşıb.

(Goal.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir