Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Özil Lövlə görüşməkdən imtina etdi

Arsenal-ın futbolçusu Məsut Özil Almaniya millisinin baş məşqçisi Yoahim Lövlə görüşməkdən imtina edib.

Boyukmillet.com Britaniya mətbuatına istinadən xəbər verir ki, FİFA-nın tədbiri üçün Londona gedən 58 yaşlı mütəxəssis Almaniya millisindəki karyerasının başa vuran yarımmmüdafiəçi ilə danışmaq üçün İngiltərə klubunun bazasına gedib. Ancaq Özil Y.Lövlə görüşməkdən imtina edib.

Qeyd edək ki, Özil şəxsi “Twitter” hesabından millidəki karyerasını başa vurduğunu açıqlamışdı. Arsenal-ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirmişdi. Yoahim Löv bu açıqlamadan sonra onu milliyə qaytarmaq üçün israr etməyəcəyini demişdi.

(Goal.az)

Check Also

Aİ-də miqrasiya “BOMBASI” – Miqrantlar DƏRHAL DEPORT OLUNACAQ!

Avropa İttifaqının (Aİ) uzun illər tətbiq etdiyi Dublin III mexanizmi faktiki olaraq tarixə qovuşur. 2024-cü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir