Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sabah hər kəs eyvanından bayraq assın

Sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.

Boyukmillet.com xəbər verir ki, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Eyni zamanda Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədilə eyvanlardan bayraqlar asılıb.

Ölkımizin bütün vətəndaşlarını bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərinin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …