Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Mbappe dünyanın ən bahalı futbolçusu olacaq

İngiltərənin “Mançester Siti” futbol klubu “Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni alacağı barədə məlumat yayıb.

Boyukmillet.com-ın xəbərinə görə, bu transfer mançesterlilərə təqribən 224 milyon avroya başa gələcək.

“Mançester Siti” rəhbərliyi dünya çempionu ilə qış fasiləsində müqavilə imzalamaq niyyətindədir.

Keçid baş tutacağı təqdirdə Mbappe dünyanın ən bahalı futbolçusu olacaq.

Qeyd edək ki, hazırda bu titul PSJ-nin hücumçusu Neymara məxsusdur. Braziliyalının “Barselona”dan keçidi 222 milyon avroya başa gəlib.

(Oxu.az)

Check Also

Trampın Zelenskiyə İttihamı: “ABŞ-ın sülh planı ilə hələ tanış olmayıb”

Boyukmillet.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə qarşı açıq narazılığını …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir