Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident: “Kimsə, Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə…”


“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri hazırda canlı yayımda xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, “Əgər, kimsə istəyirsə ki, “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, bunu öz ərazisində etsin, Biz də onu tanıyarıq. Ancaq, Azərbaycanda yox. Bunu mən deyirəm. Azərbaycan Prezidenti və Ali Baş Komandan kimi. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq”.

İlham Əliyev erməni faşizminin yenidən baş qaldırması cəhdləri ilə bağlı da xəbərdarlıq edib: “Əgər yenidən ölkəmizə, xalqımıza qarşı hər hansı təhlükə yaranarsa, heç bir tərəddüd etmədən erməni faşizminin başını əzəcəyik. Buna heç kimi şübhəsi olmasın”.

Eltac

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …