“Bakı sürüşür, daha doğrusu çökür”.
“Divarlar qurunt sularının sadəcə olaraq istiqamətini dəyişdirir. Bu inşaat işi üçün bunu edirlər, sabah gələcək suyun qarşısı necə alınacaq? 2015-ci ildə qurunt sularının xəritəsinə baxanda bilirdik ki, onlar hansı istiqamətdə axır. 2016, 2017, 2018 binalar tikilir və beləcə qurunt sularının istiqaməti dəyişdirilir. Artıq alimlərin də işi çətinləşib. Mütəxəssis 2 gün öncə verdiyi qərara bu gün əmin ola bilmir. Çünki orada başqa işlər görülüb, antropogen lantşafta dönülüb. Drenaj şəbəkəsi quraşdırılmalıdır, derenaj şəbəkəsi kanalzasiyaya qoşulmalıdır, kanalzasiya sistemi gücləndirilməlidir. Qurunt sularının axınının güclü olduğunu bildiyimiz, xəritədə yeraltı çay kimi gördüyümüz ərazidə yaşayan insanlar mütləq mənada köçürülməlidir”.
2015-ci ildə sabiq baş nazir Artur Rasi-zadə qurunt sularının xəritəsinin hazırlanmasını və dövətə təslim edilməsi barədə qərar verib. Şəbnəm Karslı bildirib ki, mütəxəssizlərimiz bu xəritəni hazırladı və dövlətə təslim etdi:
“Məsul şəxslər təhlükəli əraziləri, axarların ağzının kəsilməli olmadığını bilirlər. Təsəvvür edin qurunt sularının axarı var, onun önünə bünövrə tökülür, önü kəsilir və bu yerin altında gölməçələr əmələ gətirir, beləcə torpağın sürüşməsi labüd hala gəlir. Yəni, Bakıda Allah ümidinə yaşayırıq”.
Landşaftşünas qeyd edib ki, vətəndaşlar bir minanın üzərində yaşadığının fərqində deyil.