Ermənistana işləyən, Zəkiyev Aydının həbs olunması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Boyukmillet.com xəbər verir ki, dövlətə xəyanət edən şəxs ötən gün həbs olunub.
Qeyd edək ki, əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 51 yaşlı Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyənləşib.
Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.