Cümə axşamı , 9 May 2024
Drone Cameras

“İranla sərhəd Azərbaycan sərhədçilərinin tam nəzarəti altındadır” – DSX

“Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb”.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sta­bildir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır: “Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq”.   

Check Also

Azərbaycanda vəkillərin sayı 2 463 nəfərə çatıb

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının (NMRVK) təşkilatçılığı …