Cümə , 17 Aprel 2026
Drone Cameras

Azərbaycan səfiri etimadnaməsini Ukrayna Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev oktyabrın 26-da etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edib. Bu barədə AZƏRTAC-a Ukrayna dövləti başçısının mətbuat xidmətindən məlumat veriblər.

Prezident və diplomat Ukrayna ilə Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi barədə ölkələrimizin mövqelərinin dəyişmədiyini vurğulayıblar. Görüşdə Ukrayna-Azərbaycan dialoqunda müşahidə olunan yüksək dinamika müsbət qiymətləndirilib.

Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının beşinci iclası və Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu il keçirilən 11-ci iclası çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir