Cümə , 14 Noyabr 2025
Drone Cameras

Azərbaycan səfiri etimadnaməsini Ukrayna Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev oktyabrın 26-da etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edib. Bu barədə AZƏRTAC-a Ukrayna dövləti başçısının mətbuat xidmətindən məlumat veriblər.

Prezident və diplomat Ukrayna ilə Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi barədə ölkələrimizin mövqelərinin dəyişmədiyini vurğulayıblar. Görüşdə Ukrayna-Azərbaycan dialoqunda müşahidə olunan yüksək dinamika müsbət qiymətləndirilib.

Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının beşinci iclası və Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu il keçirilən 11-ci iclası çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Check Also

İğdırda Qarabağ Zəfərinin 5 illiyi qeyd olunub

İğdır Azərbaycan Evi, İğdır Valiliyi və Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Qarabağ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir