Şənbə , 27 Aprel 2024
Drone Cameras

Çinin XİN rəsmisi: Çin səmimi dost kimi Azərbaycanın uğurlarına sevinir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyi rəsmi qəbul təşkil edib.

Çinin hökumət nümayəndələrinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.

Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycanın XX əsrin sonunda öz müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdıran səfir Lətif Qəndilov bildirib ki, ötən 25 ildə ölkəmiz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə gedərək, suveren dövlət kimi dünyada öz sözünü deyə bilib. Azərbaycan müstəqil dövlət kimi böyük uğurlar qazanaraq, dünya birliyində layiqli yerini tutub.

Mərasimdə iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov 1991-ci ildə qazanılan müstəqilliyin xalqımız üçün çox böyük əhəmiyyət daşıdığını deyərək, Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda lider dövlətə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını vurğulayan C.Qurbanov, dövlətimizin başçısının Çin ilə əlaqələrin inkişafına göstərdiyi diqqətdən danışıb.

Azərbaycanı Cənubi Qafqazda vacib ölkə kimi səciyyələndirən Çinin xarici işlər nazirinin köməkçisi Kon Suanyou deyib ki, müdrik və zəhmətkeş Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanaraq, dünya birliyinin diqqətini özünə cəlb edib. Çin səmimi dost kimi Azərbaycanın uğurlarına sevinir.

Çin-Azərbaycan münasibətlərinin böyük tarixi olduğunu qeyd edən Kon Suanyou, müasir dövrdə dövlətlərimizin ikitərəfli və çoxtərəfli formatda uğurla əməkdaşlıq etdiyini, bu istiqamətdə ötən il Çinə dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR Sədri Si Cinpin ilə birgə əlaqələrimizin inkişafı üçün strateji planları müyyənləşdirdiklərini diqqətə çatdırıb. O, Azərbaycanın İpək yolu üzərində vacib dövlət olduğunu, ölkəsinin Azərbaycan ilə “İpək yolu iqtisadi kəməri” təşəbbüsü üzrə hərtərəfli əməkdaşlığa hazır olduğunu deyib.

Mərasim çərçivəsində Azərbaycan istehsalı olan şərabların təqdimatı olub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir