Şənbə , 14 Mart 2026
Drone Cameras

Zəngilan aeroportu bütün növ təyyarələri qəbul edəcək

Zəngilan rayonunda inşa olunan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə tikintini həyata keçirən “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya etdiyi məruzədə bildirib.

Xatırladaq ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olacaq hava limanının inşasına bu ilin may ayında başlanılıb. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.

Check Also

Avtomobil Yolları Dövlət Agentliyində araşdırma APARILIR

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət …