Bazar , 19 May 2024
Drone Cameras

Qubadlıda baramaçılıq və bağçılıq ənənələri bərpa ediləcək

Qubadlı rayonunda barama tədarükü məntəqəsinin, qurutmaxananın tikintisi planlaşdırılır, həmçinin meyvə bağlarının salınması nəzərdə tutulur.

Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib.

“Qubadlıda baramaçılıq və bağçılıq ənənələrinin bərpa edilməsi Kənd Təsərrüfatı Nazirliyinin strateji hədəfləridir. Vaxtilə rayonda barama bəslənilib, çox dəyərli ipək alınıb. Həmçinin meyvə istehsalı ilə bağlı böyük potensial var. Burada gələcəkdə istehsal olunan məhsullar ixracyönümlü ola bilər”, – o deyib.

“SSRİ dövründə Qubadlı böyük kənd təsərrüfatı potensialına malik rayonlardan biri olub. 80-ci illərin statistikasına baxsaq görərik ki, rayonda aqrar sektora yararlı torpaq sahələri 34 min hektar təşkil edib. Bunun da 15 min hektarı əkin təyinatlı torpaqlardır ki, onun da 30%-i suvarılan ərazilər, 70%-i isə dəmyə əkinçiliyi üçün istifadə olunmuş ərazilərdir”, – İ.Cümşüdov əlavə edib.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …